Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb26 Noyabr 2020, 13:24 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Rusiya Federasiyasında son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 25.487 artaraq 2.187.990-a çatıb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə Əməliyyat Qərargahından məlumat verilib.
Qərargahın verdiyi məlumata görə, Rusiya Federasiyasında 1.685.492 nəfər COVID-19-dan müalicə alaraq sağalıb, son 24 saat ərzində 25.073 nəfər bu xəstəlikdən sağalıb.
Son 24 saat ərzində Rusiyada təhlükəli infeksiya səbəbindən 524 nəfər ölüb. Ümumilikdə, Rusiya Federasiyasında 38.062 xəstə virusun yaratdığı fəsadlardan ölüb.
464.436 nəfərin müalicəsi davam edir.
|