Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:42 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub.

Bu barədə SalamNews İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. R.T.Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.

Sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə danışan M.Cabbarov bu ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 % təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb. O, qeyd edib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb. Azərbaycan üçün İƏT-in siyasi baxımdan da xüsusi önəmini qeyd edən iqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ilk üzv olduğu beynəlxalq qurum məhz İƏT-dir.

COMCEC-in 36-cı sessiyasında M.Cabbarov 27 sentyabrda Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə də məlumat verib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumlarının Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul etdiyini, bəyanatlar verdiyini və xalqımızın bunu yüksək qiymətləndirdiyini bildirib. Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini vurğulayan nazir bu dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib: "Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik". O, eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.

İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan M.Cabbarov işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

İqtisadiyyat Nazirliyi: Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyi: Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyi: 78 obyektdə epidemiya əleyhinə rejim pozulub

İqtisadiyyat Nazirliyi 400-ə yaxın obyektdə pozuntu aşkarlayıb

ASK ilə İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi: Daha 542 obyekt sanitar-epidemioloji tələbləri pozub

İqtisadiyyat Nazirliyi: Daha 227 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyi iri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıb

İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

27 Yanvar 2021, 16:16 (GMT +4)
XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

27 Yanvar 2021, 16:09 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

27 Yanvar 2021, 16:04 (GMT +4)
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

27 Yanvar 2021, 15:51 (GMT +4)
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

27 Yanvar 2021, 15:40 (GMT +4)
Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

27 Yanvar 2021, 15:33 (GMT +4)
Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)

27 Yanvar 2021, 15:28 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2021, 15:26 (GMT +4)
Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar

27 Yanvar 2021, 15:20 (GMT +4)
Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar

27 Yanvar 2021, 15:10 (GMT +4)
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 14:57 (GMT +4)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27 Yanvar 2021, 14:47 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

27 Yanvar 2021, 14:40 (GMT +4)
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib

27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Suriya Ordusu Palmira-Dirazzur yolunda 8 terrorçunu məhv edib (FOTO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Ali Baş Komandan: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu

27 Yanvar 2021, 14:12 (GMT +4)
Prezident Aydın Kərimovu videoformatda qəbul edib

27 Yanvar 2021, 14:11 (GMT +4)
Qarabağdakı Rusiya sülhməramlıları koronavirusa qarşı peyvəndlənib

27 Yanvar 2021, 14:02 (GMT +4)
Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

27 Yanvar 2021, 13:52 (GMT +4)
Azərbaycan və Qazaxıstan birgə işçi qrupu yaradır

27 Yanvar 2021, 13:40 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Yanvar 2021, 13:30 (GMT +4)
“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb

27 Yanvar 2021, 13:25 (GMT +4)
İsrail və İran bir-birini qarşılıqlı şəkildə təhdid ediblər

27 Yanvar 2021, 13:20 (GMT +4)
Koronavirus: Merkel pandemiyaya qarşı mübarizədə yol verilən səhvlərini etiraf edib

27 Yanvar 2021, 13:11 (GMT +4)
Azərbaycan Prezidentinin Şuşada xüsusi nümayəndəsi təyin edilib

27 Yanvar 2021, 13:00 (GMT +4)
Məktəblərdə qış tətili başlayıb

27 Yanvar 2021, 12:45 (GMT +4)
"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27 Yanvar 2021, 12:30 (GMT +4)
Samuxda silahlı şəxs saxlanılıb

27 Yanvar 2021, 12:20 (GMT +4)
Almaniya XİN: Muzdlular Dağlıq Qarabağda Azərbaycanın tərəfində döyüşməyib

27 Yanvar 2021, 12:15 (GMT +4)
Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66