Biden XXI əsrin "Amerika əsri" olacağına inanır26 Noyabr 2020, 11:48 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. ABŞ-dakı prezident seçkilərində qələbəsini elan edən demokrat Cozef Bayden XXI əsrin "Amerika əsri" olacağına inandığını bildirib.
Bayden müvafiq açıqlamanı "Şükran günü" bayramı münasibətilə amerikalılara televiziya müraciəti zamanı bildirib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, onun çıxışı "CNN" televiziyası tərəfindən yayımlanıb.
"Bu günə qədər çətin olsa da, böyük xəyallar qurmalıyıq, parlaq bir gələcəyə sahib olacayıq. Mən heç vaxt Amerikanın gələcəyi ilə bağlı indiki qədər nikbin olmamışam. Buna qəti inanıram, XXI əsr Amerika əsri olacaq.
Dünyaya liderlik edəcək iqtisadiyyat quracağıq, gücümüzü nümayiş etdirməklə deyil, nümunə göstərilmək gücü ilə dünyada lider olacağıq, iqlim məsələsində liderlər olacağıq və planetimizi xilas edəcəyik, xərçəng, alzheimer və diabet kimi xəstəliklər ilə müalicə metodları inkişaf etdirəcəyik və nəhayət ölkəmizdəki irqçiliyi ortadan qaldıracağıq", siyasətçi bəyan edib.
|