Dünyada COVID-19-dan sağalanların sayı 42 milyonu keçib26 Noyabr 2020, 11:24 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyonu keçib.
SalamNews -un "Worldometer"ə istinadən verdiyi xəbərə görə, koronavirusdan sağalanların sayı 42 031 578-ə çatıb.
Dünyada təhlükəli infeksiyaya yoluxma hallarının sayı 60,7 milyonu keçib.
Ümumiyyətlə, COVID-19-un yaratdığı fəsadlar səbəbi ilə dünyada artıq 1 426 834 nəfər ölüb, 17,262,089 nəfərin müalicəsi davam edir.
Koronavirusa yoluxmaların sayı yüksək olan üç ölkə eyni zamanda COVID-19-dan müalicə alanların sayına görə də liderdir.
Hindistanda 8.679.138, ABŞ-da 7.805.280, Braziliyada 5.512.847 nəfər koronavirusdan müalicə alır.
|