Fransada məhkəmə polis zorakılığında hökuməti təqsirləndirib26 Noyabr 2020, 10:41 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Lion İnzibati Məhkəməsi, "Sarı jiletlər" hərəkatı zamanı aktivistin polis tərəfindən yaralanmasına görə məsuliyyəti Fransa hökumətinin üstünə atıb.
Aktivist 9 fevral 2019-cu il tarixində Liondakı etiraz aksiyası zamanı yaralanıb. SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, polisin atdığı plastik güllə kişinin diz nahiyəsinə dəyib.
Fransada ilk dəfədir ki, məhkəmə polis zorakılığında görə ölkə hakimiyyətini günahkar bilib.
Jurnalist Devid Dufren tərəfindən aparılan araşdırmaya görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri səbəbindən 127 jurnalist daxil olmaqla 770 nəfər yaralanıb, beş nəfərin biləkləri qoparılıb, 30 nəfər görmə qabiliyyətini itirib.
Aksiyalar zamanı 11 nəfər öldürülüb.
|