Səudiyyə Ərəbistanı sahilində bir neft tankeri partlayışa məruz qalıb26 Noyabr 2020, 10:31 (GMT +4) Bakı 26 noyabr, SalamNews. B.Samid. Səudiyyə Ərəbistanın Qırmızı dəniz sahilində yerləşən əş-Şəqiq limanı yaxınlığında bir neft tanker minaya düşüb.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, Malta bayrağı altında üzən Yunanıstan neft tankeri ötən gün əş-Şəqiq limanı yaxınlığında minaya düşüb.
Gəmi xəsarət alıb.
Səudiyyə Ərəbistanı rəsmi mənbələri bu insidentə görə Yəmən husilərini və İranı ittihamlandırıblar.
Qeyd edək ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu və Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanın hava zərbələrinə və ölkəni mühasirədə saxlamasına cavab olaraq Aramco şirkətinin Ciddə şəhərində olan bir neft zavodunu ballistik raketlə vurmuşdular.
|