Tramp seçkilərdə qazandığını açıqlayıb26 Noyabr 2020, 09:18 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp prezident seçkilərində qalib gəldiyini açıqlayıb.
"Bu seçkiləri asanlıqla qazandıq, geniş bir fərqlə qazandıq ... Bu seçki saxtalaşdırıldı, biz buna imkan verə bilmərik", deyə Tramp Pensilvaniyada Respublikaçılar tərəfindən keçirilən dinləmələrdə bildirib.
"Pensilvaniyada və bütün tərəddüdlü ştatlarda böyük fərqlə qazandıq", o deyib.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, o, həmçinin Demokratları bülleten atmaq, ölən insanlar adından səs vermək və müşahidəçiləri seçki məntəqələrindən kənarlaşdırmaq da daxil olmaqla genişmiqyaslı saxtakarlıqda ittiham edib.
|