Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:25 (GMT +4)

Bakı, 25 noyabr, SalamNews. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

SalamNews bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür” – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Yanvar 2021, 18:00 (GMT +4)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

15 Yanvar 2021, 17:48 (GMT +4)
"Pfizer" Avropaya peyvənd tədarükünü müvəqqəti olaraq azaldır

15 Yanvar 2021, 17:45 (GMT +4)
Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub

15 Yanvar 2021, 17:30 (GMT +4)
Azərbaycanda son sutkada 494 nəfər COVID-19-dan sağalıb, 12 nəfər vəfat edib

15 Yanvar 2021, 17:15 (GMT +4)
MN Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

15 Yanvar 2021, 17:08 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla üçtərəfli görüşün nəticələrini müzakirə edib

15 Yanvar 2021, 17:02 (GMT +4)
Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

15 Yanvar 2021, 17:00 (GMT +4)
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

15 Yanvar 2021, 16:52 (GMT +4)
Rusiya Açıq Səma Müqaviləsindən çıxır

15 Yanvar 2021, 16:45 (GMT +4)
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

15 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

15 Yanvar 2021, 16:24 (GMT +4)
"Moderna" rəhbəri: SARS-CoV-2 heç bir yerə yox olmayacaq

15 Yanvar 2021, 16:15 (GMT +4)
Avstriyadan gətirilən istifadəyə yararsız 100 kq qida qatqısı məhv edilib

15 Yanvar 2021, 16:00 (GMT +4)
Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

15 Yanvar 2021, 15:54 (GMT +4)
Çin iki ÜST ekspertini ölkəyə buraxmayıb

15 Yanvar 2021, 15:53 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəməndən ölkənin cənubuna daxil olan üç PUA-nı vurduğunu bildirib

15 Yanvar 2021, 15:45 (GMT +4)
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq

15 Yanvar 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

15 Yanvar 2021, 15:20 (GMT +4)
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq

15 Yanvar 2021, 15:18 (GMT +4)
Brüsseldə Türkiyə və Yunanıstan hərbi heyətləri arasında danışıqlar yenidən başlayacaq

15 Yanvar 2021, 15:15 (GMT +4)
Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

15 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

15 Yanvar 2021, 14:55 (GMT +4)
Zaxarova: Rusiya Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyərdi

15 Yanvar 2021, 14:50 (GMT +4)
Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

15 Yanvar 2021, 14:40 (GMT +4)
İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

15 Yanvar 2021, 14:30 (GMT +4)
Ali Baş Komandan: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm

15 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

15 Yanvar 2021, 14:13 (GMT +4)
Pentaqon "Xiaomi" də daxil olmaqla Çinin daha doqquz şirkətini qara siyahıya salıb

15 Yanvar 2021, 14:00 (GMT +4)
Ceyhun Bayramov ISESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb

15 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiyada COVID-19 səbəbiylə ölənlərin sayı 64 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66