Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:55 (GMT +4)

Bakı, 25 noyabr, SalamNewsMüdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər keçirilib, onların qarşısında incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında keçirilən vətənpərvərlik tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qırx dörd günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan, ordu ilə xalqın sağlam mənəvi birliyindən, döyüşlərdə yeni tarix yazan qüdrətli Sərkərdəmizin və mərd oğullarımızın fədakarlıqlarından iftixarla söhbət açıb.

Respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Cahangir Qurbanov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə Ali Baş Komandanı, müzəffər Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.

Bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə yazdığı “Qələbəyə gedən yollar”, “Qalib Sərkərdə”, “Müzəffər Ordumuz”, “Qələbə müjdəsi”, “Biz gəlmişik, Qarabağ” mahnılarını döyüşçülər alqışlarla qarşılayıblar.

Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.

Bülbülün ata ocağında iməcilik keçirilib. Bülbülün repertuarından “Sənsiz”, “Sevgili canan” romansları və “Koroğlu” operasından parçalar ifa edilib.

Tədbirin təşkilatçıları əminliklə bildiriblər ki, xalqımızın xilaskar oğlu, qalib sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün bölgələrimizdə, o cümlədən Şuşada tezliklə böyük quruculuq işləri aparılacaq, köçkünlər öz doğma yaşayış məntəqələrinə qayıdacaq, Azərbaycan əsgəri bundan sonra da əzəli və əbədi torpaqlarımızın müdafiəsində mərdliklə dayanacaqdır.

Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Yanvar 2021, 18:00 (GMT +4)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

15 Yanvar 2021, 17:48 (GMT +4)
"Pfizer" Avropaya peyvənd tədarükünü müvəqqəti olaraq azaldır

15 Yanvar 2021, 17:45 (GMT +4)
Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub

15 Yanvar 2021, 17:30 (GMT +4)
Azərbaycanda son sutkada 494 nəfər COVID-19-dan sağalıb, 12 nəfər vəfat edib

15 Yanvar 2021, 17:15 (GMT +4)
MN Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

15 Yanvar 2021, 17:08 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla üçtərəfli görüşün nəticələrini müzakirə edib

15 Yanvar 2021, 17:02 (GMT +4)
Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

15 Yanvar 2021, 17:00 (GMT +4)
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

15 Yanvar 2021, 16:52 (GMT +4)
Rusiya Açıq Səma Müqaviləsindən çıxır

15 Yanvar 2021, 16:45 (GMT +4)
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

15 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

15 Yanvar 2021, 16:24 (GMT +4)
"Moderna" rəhbəri: SARS-CoV-2 heç bir yerə yox olmayacaq

15 Yanvar 2021, 16:15 (GMT +4)
Avstriyadan gətirilən istifadəyə yararsız 100 kq qida qatqısı məhv edilib

15 Yanvar 2021, 16:00 (GMT +4)
Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

15 Yanvar 2021, 15:54 (GMT +4)
Çin iki ÜST ekspertini ölkəyə buraxmayıb

15 Yanvar 2021, 15:53 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəməndən ölkənin cənubuna daxil olan üç PUA-nı vurduğunu bildirib

15 Yanvar 2021, 15:45 (GMT +4)
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq

15 Yanvar 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

15 Yanvar 2021, 15:20 (GMT +4)
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq

15 Yanvar 2021, 15:18 (GMT +4)
Brüsseldə Türkiyə və Yunanıstan hərbi heyətləri arasında danışıqlar yenidən başlayacaq

15 Yanvar 2021, 15:15 (GMT +4)
Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

15 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

15 Yanvar 2021, 14:55 (GMT +4)
Zaxarova: Rusiya Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyərdi

15 Yanvar 2021, 14:50 (GMT +4)
Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

15 Yanvar 2021, 14:40 (GMT +4)
İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

15 Yanvar 2021, 14:30 (GMT +4)
Ali Baş Komandan: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm

15 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

15 Yanvar 2021, 14:13 (GMT +4)
Pentaqon "Xiaomi" də daxil olmaqla Çinin daha doqquz şirkətini qara siyahıya salıb

15 Yanvar 2021, 14:00 (GMT +4)
Ceyhun Bayramov ISESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb

15 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiyada COVID-19 səbəbiylə ölənlərin sayı 64 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66