Gürcüstanda 3 mindən çox koronavirusa yoluxma qeydə alınıb 25 Noyabr 2020, 12:03 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Gürcüstanda 3,071 nəfərdə koronavirusa (COVID-19) yoluxma qeydə alınıb, 34 nəfər ölüb.
SalamNews xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaradılmış xüsusi saytında məlumat verilib.
Beləliklə, Gürcüstanda koronavirusa yoluxanların sayı 114.889-a, ölənlərin sayı 1.085-ə çatıb.
95 581 nəfərin müalicəsi davam edir.
|