Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub25 Noyabr 2020, 17:09 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. “Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır”.
SalamNews-un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu bəla vəkillərdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib:
“Hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar”.
|