NBC: Bayden ABŞ tarixində ilk dəfə prezident seçkilərində 80 milyondan çox səs qazanan namizəddir25 Noyabr 2020, 10:25 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs qazanan ilk namizəd olub.
Bir çox ştatın rəhbərliyi seçkilərin nəticələrini hələ də ümumiləşdirməyə davam edir, bununla belə "NBC" televiziya şirkətinin məlumatına görə, indiyə qədər azı 80.011.360 seçicinin Baydenə, Ağ Evin hazırkı başçısı Donald Trampa isə 73.881.874 nəfərin səs verdiyi məlumdur.
SalamNews xəbər verir ki, "Cook Political Report" tədqiqat mərkəzinin məlumatına görə demokrat 80.070.466 səs toplayıb.
Öz növbəsində "Fox News" Baydenin hələ 80 milyon həddini keçmədiyini iddia edir.
|