Əfqanıstanın Bamyan əyalətində törədilən partlayışlarda ölənlərin sayı 17-ə çatıb (VİDEO)
25 Noyabr 2020, 10:18 (GMT +4)
Bakı 25 noyabr, SalamNews. B.Samid. Əfqanıstanın Bamyan əyalətinin inzibati mərkəzində ötən gün axşam saatlarına yaxın törədilən iki ardıcıl partlayışlarda ölənlərin sayı 17-ə çatıb.
SalamNews AvaPress-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bamyanda iki ardıcıl partlayışda ölənlərin sayı 17-ə çatıb və ümumilikdə 57 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.
Bu hücum Bamyan şəhərinin mərkəzində bazar və otel yaxınlığında törədilib.
Taliban bu hücumun məsuliyyətini üzərinə götürməyib.
Bamyan Əfqanıstanın təhlükəsiz əyalətlərindən və adətən xarici turistlərin get-gəl etdiyi bölgələrdəndir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.