İsrail Dəməşqin cənubuna hava zərbələri endirib (VİDEO)
25 Noyabr 2020, 09:22 (GMT +4)
Bakı 25 noyabr, SalamNews. B.Samid. İsrail ötən gecə Suriyanın Dəməşqətrafı əyalətinin Cəbəl əl-Mane adlı məntəqəsinə və Qunaytara əyalətinə hava zərbələri endirib.
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.
Bildirilib ki, ötən gecə saat 23.50 radələrində İsrail işğal edilmiş Colan Yüksəklikləri səmasından Cəbəl-Mane məntəqəsini və Qunaytara əyalətini hava zərbələrilə hədəfə alıb.
Məlumata görə hava zərbələrinin nəticəsində ölən və yaralanan olmayıb və yalnız maddi ziyanlar dəyib.
Sonuncu dəfə 18 noyabrda İsrailin Dəməşqin cənubuna təcavüzü nəticəsində 3 hərbçi həyatını itirmişdi.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.