ABŞ üç Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib25 Noyabr 2020, 09:17 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. ABŞ, kütləvi qırğın silahlarının yayılmaması qanunu çərçivəsində üç Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib.
SalamNews xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Federal Reyestrinin saytında yayımlanan məlumatda deyilir.
Sanksiya "Aviazapçast", "Elekon" və "Nilco Group" şirkətlərinə tətbiq edilib.
Artıq Amerikada fiziki və hüquqi şəxslərə bu təşkilatlarla ticarət etmək qadağandır.
|