Suriyanın şimalında kürdlər və müxalifətin birləşmələri arasında qarşıdurma baş verib, 18 ölü var24 Noyabr 2020, 16:52 (GMT +4) Bakı, 24 noyabr, SalamNews, B.Samid. Suriyanın şimalında Türkiyənin “Fərat Qalxanı Əməliyyatı” tərkibində olan birləşmələrlə kürdlərin silahlı birləşmələri arasında yenidən qarşıdurma baş verib. 30-dan çox ölən və yaralanan var.
SalamNews bu barədə Suriya müxalifətinin aparıcı media qurumlarından olan “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”na istinadla məlumat yayıb.
Bildirilib ki, Türkiyənin “Fərat Qalxanı Əməliyyatı” tərkibində olan birləşmələrin 30-dan çox döyüşçüsü Eyn-İsa rayonunda kürd bölmələrinin nəzarətindəki əl-Müəlləq kəndinə girərkən pusquya düşüblər. Məlumata görə mina və partlayıcıların işə salınması nəticəsində müxalifət birləşmələrinin azı 18 döyüşçüsü ölüb və 15-dən çoxu yaralanıb.
Bölgədə insident bununla bitməyib. Bu gün Türkiyənin “Fərat Qalxanı Əməliyyatı”qüvvələrinin nəzarətində olan əl-Bab şəhərində bir minalanmış maşın partladılıb.
Bu partlayışın nəticəsində ölən və yaralananların olduğu bildirilir.
|