Rusiyada son sutkada 24 mindən çox insanda COVID-19-a yoluxma aşkar edilib 24 Noyabr 2020, 13:04 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Rusiya Federasiyasında koronavirusa (COVID-19) yoluxan insanların sayı son sutkada 24.326 nəfər artaraq 2.138.828-ə yüksəlib.
SalamNews -un məlumatına görə, bu barədə Virusla Mübarizə üzrə Əməliyyat Qərargahından jurnalistlərə məlumat verilib.
Qərargahın verdiyi məlumata görə, Rusiya Federasiyasında COVID-19-dan sağalan xəstələrin sayı son sutkada 23.226 nəfər artaraq 1.634.671-ə çatıb.
Son 24 saat ərzində Rusiyada təhlükəli virusdan 491 nəfər ölüb. Ümumilikdə, Rusiyada koronavirusdan 37.031 xəstə ölüb.
467.126 nəfərin müalicəsi davam edir.
|