Gürcüstanda son sutkada 39 nəfər koronavirusdan ölüb24 Noyabr 2020, 12:15 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Gürcüstanda son sutkada 3128 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 39 nəfər ölüb.
SalamNews xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaradılmış xüsusi saytında məlumat verilir.
Bununla Gürcüstanda koronavirusa yoluxanların sayı 111.818-ə, ölənlərin sayı 1051-ə çatıb.
92.215 nəfər sağalıb.
|