Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin edib24 Noyabr 2020, 12:15 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
SalamNews-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.
Nazirin digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.
|