Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub24 Noyabr 2020, 13:34 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Ukraynada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 12.287 artaraq 647.976-a çatıb. SalamNews UNİAN-a istinadən xəbər verir ki, bu barədə epidemiyanın yayılması üzrə monitorinq sistemi məlumat yayıb.
Son 24 saat ərzində Ukraynada təhlükəli infeksiya səbəbiylə 188 nəfər ölüb. Epidemiya başlayandan ölənlərin ümumi sayı 11.263-ə çatıb.
Son sutkada 8298 nəfər olmaqla COVID-19-dan müalicə alaraq sağalanların sayı 299 358 nəfərə çatıb.
|