ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır24 Noyabr 2020, 11:15 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. "Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır".
SalamNews xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptektlərdə sərbəst satışı məhdudlaşdırılmalıdır: “Bunun üçün müəyyən işlər aparılmalı və insanlar maarifləndirilməlidir”.
|