Yaqut Qarayeva: "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur"24 Noyabr 2020, 13:15 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Hazırda əvvəlki dövrlə müqayisədə süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur.
SalamNews xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva koronavirus xəstələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:
“Təəssüf ki, insanlar özləri də, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu, yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antiotikdən qaçmaq lazımdır".
|