Dünyada son sutkada 540 mindən çox COVID-19-a yoluxma qeydə alınıb24 Noyabr 2020, 10:52 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Dünyada koronavirusa yoluxma hallarının sayı 24 saat ərzində 542 mindən çox artaraq 58,42 milyonu keçib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, ÜST-ün bazar ertəsi günü yayımladığı hesabata əsasən ölənlərin sayı 7.8 mindən çox artaraq 1.38 milyonu keçib.
23 noyabr tarixinə ÜST-ə 58.425.681 yoluxma və 1.385.218 ölüm hadisəsi haqqında məlumat daxil olub. Xəstəliyə yoluxanların sayı 542757 nəfər, ölənlərin sayı 7825 nəfər artıb.
|