Ali Baş Komandan: “Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq”24 Noyabr 2020, 10:25 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. “Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı”.
SalamNews-un məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, biz Ağdamı onsuz da alacaqdıq: “Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.
|