Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət edib

24 Noyabr 2020, 09:10 (GMT +4)

Bakı, 24 noyabr, SalamNews. Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciətində deyilir. 

Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir.

"İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.

Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.

Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurasının İdarə Heyətinin üzvü ATƏT-in tədbirində iştirak edib

Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət edib

Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurası onlayn konfrans keçirib (FOTOLAR)

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Mətbuat Şurası KİV-ə tövsiyələr verib

Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

15 May 2021, 10:08 (GMT +4)
Əli Laricani və Haşimi Rəfsəncaninin oğlu da İranda prezidentliyə namizədliyini veriblər

15 May 2021, 10:04 (GMT +4)
Ərdoğan: Türkiyə İsrailin Fələstindəki təcavüzü ilə barışmayacaq 

15 May 2021, 10:00 (GMT +4)
Azərbaycanın yeni ekosisteminin növbəti mərhələsinə keçilir

15 May 2021, 09:34 (GMT +4)
İsrailin bu gün Qəzzada qaçqın düşərgəsinə aviazərbəsində 11 uşaq və qadın həlak olub (FOTO)

14 May 2021, 18:05 (GMT +4)
Türkiyə prezidenti: Qarabağda Azərbaycanı dəstəklədiyimiz kimi Qüdsə və Fələstinə də dəstək veririk

14 May 2021, 17:01 (GMT +4)
İngiltərə Premyer Liqasında ayın ən yaxşıları bəlli olub

14 May 2021, 16:40 (GMT +4)
AÇ-2020: Biletlər satışa çıxarılır

14 May 2021, 16:22 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Latvia”-da pay iştirakını satışa çıxarıb 

14 May 2021, 15:07 (GMT +4)
Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib - SİYAHI 

14 May 2021, 14:56 (GMT +4)
"Borussiya" Almaniya kubokunu qazanıb - (VİDEO)

14 May 2021, 14:35 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşır

14 May 2021, 14:21 (GMT +4)
Avropa çempionatının mahnısı təqdim edilib - (VİDEO)

14 May 2021, 13:15 (GMT +4)
Çempionlar Liqasının finalı rəsmən İstanbuldan alınıb

14 May 2021, 11:00 (GMT +4)
"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

14 May 2021, 09:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 115-ə çatıb, onların 28-i uşaqdır (FOTO)

14 May 2021, 09:05 (GMT +4)
"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina edib

14 May 2021, 09:04 (GMT +4)
İsrail prezidenti və müdafiə naziri ölkənin daxilində baş verən qarşıdurma və xaosla bağlı xəbərdarlıq ediblər

13 May 2021, 20:40 (GMT +4)
Azərbaycan Premyer Liqasında 27-ci turun təyinatları açıqlanıb

13 May 2021, 14:12 (GMT +4)
La Liqada azarkeşlər stadionlara qayıdır

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66