Səudiyyə Ərəbistanı neft təsisatlarının husilər tərəfindən hücuma məruz qaldığını etiraf edib24 Noyabr 2020, 09:13 (GMT +4) Bakı, 24 noyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı rəsmiləri husilərin hücumundan 10 saat sonra Ciddə şəhərində neft təsisatlarına hücumun olduğunu bəyan ediblər.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, ölkənin Aramco şirkəti Ciddədə neft saxlanılan çənlərin olduğu obyektdə hücum nəticəsində yanğının baş verdiyini bildirib.
Eyni zamanda Səudiyyə Ərəbistanın hərbi koalisiyası bunu terror hücumu adlandırıb və husilərin məsuliyyət daşıdığını bildirib.
Lakin mərkəzi qərargahları Yəmən paytaxtında yerləşən "Yəmən Ordusu və Xalq Komitələri"nin (husilər) mətbuat katibliyi ötən gün sübh çağı yaydığı bəyanatda bildirib ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində olan Aramco şirkətinin bir sektoru Qüds-2 ballistik raketilə hədəfə alınıb.
|