Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram23 Noyabr 2020, 16:14 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.
Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.
Avropa Şurasının baş katibi atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.
|