İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb23 Noyabr 2020, 15:23 (GMT +4) Bakı 23 noyabr, SalamNews. B.Samid. İranda son sutka ərzində 453 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 45,255-ə çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, İranda son 24 saat ərzində daha 453 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 45,255-ə çatıb.
Əlavə edilib ki, ölkədə son sutkada daha 12,460 nəfərin koronavirusa yoluxması qeydə alınıb ə bu rəqəm ümumilikdə 866,821-ə çatıb.
Bu ölkədə indiyədək 5 milyon 828 min insan koronavirusla bağlı testlərdən keçib və yoluxanların 610 mini sağalıb.
|