Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir23 Noyabr 2020, 14:27 (GMT +4) Bakı 23 noyabr, SalamNews. B.Samid. Bu gün Cenevrədə 70 dövlətin və 30 beynəlxalq təşkilatın iştirakı ilə Əfqanıstana yardımla bağlı toplantı keçirilir.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, Əfqanıstanla bağlı Cenevrə beynəlxalq dəstək konfransı koronavirusa görə virtual şəkildə keçiriləcək.
Ölkə və təşkilatlar gələn 4 il ərzində Əfqanstanın hərbi və qeyri hərbi büdcəsinin təmin edilməsi üçün öz dəstəklərini elan edəcəklər.
Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qəni də bu toplantıya virtual şəkildə qatılaraq çıxış edəcək.
|