Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır23 Noyabr 2020, 16:11 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Türkiyə hökuməti ölkə vətəndaşlarını koronavirusa qarşı pulsuz peyvənd etməyi düşünür.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
"Çinin peyvənd istehsalçısı "Sinovac" ilə danışıqlar tamamlandı, lazımi bütün qanuni proseslər bitib və imzalar atılıb. Peyvənd üçün azı 10 milyon doz artıq Türkiyəyə göndərilib", nazir bildirib.
Məlumata görə, vətəndaşlardan peyvənd üçün heç bir ödəniş alınmayacaq.
|