"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb23 Noyabr 2020, 14:10 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 46 dolları keçib.
SalamNews-un məlumatına görə, Bakı vaxtı ilə saat 13:01-də "Brent"ın 1 barelinin qiyməti 2,24% artaraq 46,08 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 46 dollarda yuxarı sentyabrın 2-də qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 43,26 dollar təşkil edib.
|