Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib23 Noyabr 2020, 13:21 (GMT +4) Bakı 23 noyabr, SalamNews. B.Samid. Səudiyyə Ərəbistanı gələcəkdə Co Bayden Administrasiyası ilə İran arasında əldə edilə biləcək mümkün nüvə sazişində iştirak etməyi və bura qatılmağı tələb edib.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Feysəl bin Farhan deyib.
Səudiyyə XİN rəhbəri CNBC telekanalına müsahibədə bildirib ki, ölkəsi regionda vacib güclərdən biri kimi ABŞ hökumətinin gələcəkdə İranla əldə edəcəyi mümkün nüvə sazişinə qatılmalıdır. O bildirib ki, "İranla elə bir saziş imzalanmalıdır ki, bu ölkənin nüvə fəaliyyətinə məhdudiyyət tətbiq edə bilsin və onun sabitliyi pozan addımlarının qarşısını alsın.”
Qeyd edək ki, Səudiyyə komandası və İsrail dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişinin əleyhinə olan iki əsas tərəfdir. ABŞ prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxaraq, rəsmi Tehrana qarşı maksimum təzyiq siyasətinə başlayıb.
|