Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb23 Noyabr 2020, 17:46 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Gəncədə evdə oğurluq hadisəsi baş verib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 700 manat dəyərində 30 ədəd nərd, 690 manat dəyərində 23 ədəd təsbeh, 1 075 manat dəyərində məişət əşyaları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Q.Bayramov saxlanılıb.
|