FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb23 Noyabr 2020, 12:30 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.
FHN-dən SalamNews-a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.
|