Ərdoğan: Avropa İttifaqı vədini yerinə yetirməli və Türkiyəni Aİ-yə qəbul etməlidir23 Noyabr 2020, 11:23 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını vədini yetirməyə çağırıb. Bu barədə SalamNews İnterfaks-a istinadən məlumat verir.
“Avropa İttifaqına tamhüquqlu üzvlükdən tutmuş mühacirlərin problemlərinədək Ankaraya verdiyiniz vədləri yerinə yetirin. Bu, əməkdaşlığı müştərək və maksimal dərəcədə effektiv formada inkişaf etdirməyə zəmin yaradacaq”, - deyə bazar günü Ədalət və İnkişaf Partiyası üzvləri qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə özünü Avropanın ayrılmaz hissəsi hesab edir.
Daha öncə, Avropa İttifaqı tərəfindən “Türkiyənin çətinliklərinin başa düşülən olduğu, lakin bunun bölgədə aqressiv siyasət aparmaq üçün əsas vermədiyi” dilə gətirilmişdi.
|