Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb23 Noyabr 2020, 14:29 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Ötən həftə ərzində (16-20 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 44,38 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,59 dollar və ya 1,35% çoxdur.
SalamNews-un məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (III gün) – 44,85 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 43,49 dollar səviyyəsində olub.
|