Türkiyə Silahlı Qüvvələri bir ayda 80 terrorçunu zərərsizləşdirib23 Noyabr 2020, 09:44 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Türkiyədə son bir ayda 31 əməliyyat keçirilib. Türkiyə ordusunun bir ay ərzində keçirildiyi əməliyyatlardan səkkizi genişmiqyaslı antiterror əməliyyatı olub.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, türk hərbçilərinin uğurlu əməliyyatı sayəsində bölgədə bir ay ərzində 80 terrorçu məhv edilib.
İraqın şimalında terrorçulara qarşı əməliyyatlar davam edir.
|