Türkiyədə rekord sayda yeni COVID-19-a yoluxma qeydə alınıb23 Noyabr 2020, 09:09 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Türkiyədə son sutkada koronavirusa yoluxma hadisələrinin sayı 6,017 olub, pandemiyanın başlanğıcından iki gündür ən yüksək göstəricilər qeydə alınır.
SalamNews xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"6017 yeni yoluxma müəyyən edilib, ümumi yoluxma sayı 446.822-dir. Son sutkada 139 xəstə ölüb, ümumilikdə ölən xəstələrin sayı 12.358-dir. 4.217 xəstənin vəziyyəti ağırdır. 3.812 xəstə sağalıb, ümumi sağalanların sayı 374.637 nəfərdir", Səhiyyə Nazirliyi məlumatında deyilir.
|