Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluq Ermənistanın müharibə qanunlarının pozulması faktlarına dair məlumat yayıb

21 Noyabr 2020, 16:07 (GMT +4)

Bakı, 21 noyabr, SalamNews2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür. 

Baş Prokurorluqdan SalamNews-a bildirilib ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb. 

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb. 

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və  245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət)  maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə  ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. 

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir. 

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur . 

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınmışdır. 

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir. Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir. 

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 18:02 (GMT +4)
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22 Yanvar 2021, 18:00 (GMT +4)
“Where is Karabakh” platorması istifadəyə verilib

22 Yanvar 2021, 17:54 (GMT +4)
Forbes: "Alibaba"nın qurucusu ictimaiyyət qarşısına çıxmaqla milyard dollar qazanıb

22 Yanvar 2021, 17:45 (GMT +4)
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb

22 Yanvar 2021, 17:30 (GMT +4)
Samuxda 40 km-lik yerli əhəmiyyətli yol yenidən qurulub

22 Yanvar 2021, 17:26 (GMT +4)
Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub

22 Yanvar 2021, 17:15 (GMT +4)
MN Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Yanvar 2021, 16:55 (GMT +4)
Zinəddin Zidan koronavirusa yoluxub

22 Yanvar 2021, 16:45 (GMT +4)
Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub (VİDEO)

22 Yanvar 2021, 16:42 (GMT +4)
BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2021, 16:30 (GMT +4)
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22 Yanvar 2021, 16:25 (GMT +4)
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:15 (GMT +4)
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66