Hülusi Akar: Türkiyəli hərbçilər tezliklə Azərbaycana yola düşəcək21 Noyabr 2020, 12:23 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. Türkiyə Böyük Millət Məclisinin qərarına əsasən, Mehmetçik qısa müddət ərzində Azərbaycana yola düşəcək. SalamNews-un Anadolu-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycan üzrə layihə artıq qəbul edilib, hazırlıq işləri yekunlaşıb: “Türk əsgərləri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin icrasına başlayacaqlar. Bununla bağlı quru qoşunlarımız artıq işləri tamamlayıblar, hərbi hava qüvvələrimiz onların nəql edilməsinə hazırdırlar”.
|