Əfqanıstan paytaxtına azı 14 raket atılıb, ölənlər var (VİDEO)
21 Noyabr 2020, 10:05 (GMT +4)
Bakı 21 noyabr, SalamNews. B.Samid. Əfqanıstan paytaxtı Kabilə sübh saatlarında azı 14 raket atılıb.
SalamNews AvaPress-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, sübh saatlarında paytaxt Kabilin müxtəlif kvartallarına azı 14 raket atılıb.
Bu hücum nəticəsində indiyədək üç nəfərin öldüyü və 11 nəfərin yaralandığı deyilir.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.
Son həftələrdə ölkənin müxtəlif əyalətlərində Talibanla hökumət qüvvələrinin qarşıdurması daha da şiddətlənib. Qeyd edək ki, bu qarşılıqlı hücumlar Qətər paytaxtı Dohada aparılan danışıqlar fonunda baş verir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.