Moldova MSK Sandunu prezident seçkilərinin qalibi elan edib20 Noyabr 2020, 17:04 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Moldova Mərkəzi Seçki Komissiyası (MSK) Maya Sandunu prezident seçkilərinin qalibi olaraq təsdiq edib.
SalamNews -un məlumatına görə, bunu MSK sədri Dorin Çimil deyib.
"Ən çox səs toplayan Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən namizədliyi irəli sürülən Maya Sandudur", o bildirib.
16 noyabrda MSK Moldovadakı prezident seçkilərinin ikinci turunda Maya Sandunun 57,74 faiz, mövcud Moldova prezidenti İgor Dodonun isə 42,26 faiz səs topladığını elan edib.
|