Rusiyada son sutkada 24 mindən çox COVID-19-a yoluxma aşkarlanıb20 Noyabr 2020, 15:42 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxma hallarının sayı 24318 artıb, bu pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.
SalamNews xəbər verir ki, bu barədə virusla mübarizə üzrə federal əməliyyat qərargahı məlumat verib.
Ümumilikdə, qərargahın verdiyi məlumata görə, Rusiyada 2 039 926 nəfər virusa yoluxub.
Rusiyada koronavirus səbəbindən ölənlərin sayı son sutkada 461 nəfər artlbş
Ümumilikdə 35.311 xəstə virusdan dünyasını dəyişib.
|