Türkiyə səfirliyi Azərbaycanı təbrik edib20 Noyabr 2020, 13:50 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı Ağdamın işğaldan azad olunması münasibətilə təbrik edib.
SalamNews xəbər verir ki, səfirliyin feysbuk səhifəsində yazılıb:
“Azərbaycan Ordusunun Ağdama daxil olması və Ağdamın azad olunması münasibətilə ürəkdən təbriklərimizi çatdırırıq. Bayramın mübarək, Azərbaycan!”.
|