Avstraliya Ordusu Əfqanıstanda 39 mülki şəxsin öldürülməsini etiraf edib19 Noyabr 2020, 12:04 (GMT +4) Bakı 19 noyabr, SalamNews. B.Samid. Avstraliya Müdafiə Nazirliyi bir ay bundan öncə başlatdığı cinayət işində ölkə qüvvələrinin Əfqanıstanda qeyri-qanuni qətllər həyata keçirdiyini bildirib.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin aidiyyatı hesabatında məlumat verilib.
Bildirilib ki, Avstraliyanın 25 nəfərdən ibarət xüsusitəyinatlıarı 23 mərhələdə 39 mülki şəxsin qətlini həyata keçiriblər.
Məlumata görə, bu hesabatdan sonra Avstraliya Ordusunun generalı Anqes Con Kampl Əfqanıstandan üzr istəyib.
Avstraliya Müdafiə Nazirliyi mənbələri qətllərlə bağlı rəsmi qaydada məhkəmə işinin başladığını bildiriblər.
|