Lavrov Minsk qrupu həmsədrləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib19 Noyabr 2020, 11:22 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün səylərin koordinasiyası məsələsini ATƏT-in Minsk Qrupu həmsədrləri ilə müzakirə edib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
İclasda İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
"Müşavirələr zamanı 9 noyabrda Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidentinin atəşkəs və bütün hərbi əməliyyatların dayandırlması barədə bəyanatından sonra Dağlıq Qarabağ və ətrafındakı vəziyyət müzakirə edilib", - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
|