ABŞ İranın Sosial yardım fonduna da sanksiya tətbiq edib19 Noyabr 2020, 10:35 (GMT +4) Bakı 19 noyabr, SalamNews. B.Samid. ABŞ İrana qarşı maksimum təzyiq siyasəti çərçivəsində bu ölkənin dövlət sosial yardım fonduna da sanksiya tətbiq edib.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamentindən məlumat verilib.
Bildirilib ki,yeni sanksiya addımında “İran İslam inqilabının yoxsullara dəstək fondu” ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.
Həmçinin əlavə edilib ki, ölkənin Kəşfiyyat Nazirliyinin rəhbəri Seyid Mahmud Ələviyə də sanksiya tətbiq edilib.
Son sanksiyalarda İranın və İranla əlaqələi olduğu deyilən, 9 fiziki şəxs və 45 şirkət və hüquqi şəxs sanksiyalar siyahısına salınıb.
|