Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinə baxacaq19 Noyabr 2020, 09:19 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. Fransa Senatı (parlamentin yuxarı palatası) Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnaməni müzakirəyə çıxaracaq.
SalamNews-un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Respublikaçılar partiyasından olan Bruno Retayo Twitter-də yazıb.
“25 noyabrda Senat Artsax Respublikasının Fransa tərəfindən tanınmasına dair qətnaməyə baxacaq. Yalnız müstəqilliyi, Dağlıq Qarabağ əhalisinin hüquq və azadlıqlarını türk islamçı ekspansionizmi qarşısında qoruya bilər", o yazıb.
Fransa Senatının qərarı tövsiyə xarakteridir, icra hakimiyyəti onlara riayət etmək məcburiyyətində deyil.
|