Bəhreyn və İsrail qarşılıqlı şəkildə səfirlikləri açacaqlar18 Noyabr 2020, 16:16 (GMT +4) Bakı 18 noyabr, SalamNews. B.Samid. Bəhreyn və İsrail sentyabr ayında əlaqələrin rəsmiləşdirilməsilə bağlı imzalanan sazişin ilk nəticəsi olaraq səfirliklərin qarşılıqlı şəkildə açılması barədə razılığa gəliblər.
SalamNews Bəhreynin dövlət xəbər agentliyi BNA-a istinadla xəbər verir ki, bunu İsraildə səfərdə olan xarici işlər naziri Əbdüllətif əz-Zayani deyib.
O bildirib ki, Mənamədə İsrailin səfirliyi və İsraildə Bəhreynin səfirliyinin açılması haqda rəsmi müraciət edilib.
Yaxın zamanlarda səfirliklərin qarşılıqlı şəkildə açılacağı bildirilib.
Qeyd edək ki, Donald Tramp Administrasiyasının vasitəçiliyi ilə ötən sentyabr ayında Vaşinqtonda BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsilə bağlı saziş imzalanıb. Ötən ay Sudan da bu addıma qoşulduğunu elan edib. Hazırda İsraillə rəsmi əlaqələrə başlayan ölkələrin sayı beşdir.
|