Fransada koronavirusa yoluxmaların sayı 2 milyonu keçib18 Noyabr 2020, 10:56 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Fransada pandemiyanın başlanğıcından indiyə qədər koronavirusa yoluxma hallarının sayı 2 milyonu keçib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ölkənin milli səhiyyə idarəsinin rəhbəri Jerom Salomon mətbuat konfransında açıqlayıb.
"Bu gün koronavirusa yoluxma sayına görə 2 milyon səviyyəsini keçdik. Müsbət testlərin ən pik həddi 2 noyabra təsadüf etdi, həmin gün 69.500 yeni yoluxma aşkar edilmişdi. İndi bu göstərici aşağı düşür", Salomon bildirib.
|